waplog

Yeni dəbilqə 360 dərəcə baxış bucağını əks etdirə bilir (VİDEO)


Fransalı mütəxəssislərin hazırladığı dəbilqə ekranla təchiz edilib və 360 dərəcə baxış bucağını əks etdirməyə “qadirdir”. Bu o deməkdir ki, belə dəbilqəni başa taxmaqla siz ətrafınızda nə baş verdiyindən xəbərdar olacaqsınız.

Yaponiyada smartfonla idarə olunan unitaz təqdim edilib


Yaponlar qəribə həll təqdim ediblər. Onların təqdim etdiyi yeni “Inax SATIS” texnoloji unitazı smartfonla idarə olunur. “ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, yaponlar uzun müddətdir ki, orqanizmin təbii ehtiyaclarının xaric edilməsinə orijinal yanaşması ilə tanınırlar: onların ideyaları bir qədər qəribə olsa da, lakin həmişə faydalıdır.

Akkumulyator və günəş batareyasına malik enerjidoldurma qurğusu yaradılıb


”Kickstarter” kollektiv maliyyələşdirmə sistemi vasitəsilə “WakaWaka Power” yığcam enerjidoldurma qurğusunun istehsalı üçün vəsait toplanılmasına start verilib.

İran avtomatlaşdırılmış kater təqdim edib


İran hərbçiləri müxtəlif tapşırıqlar yerinə yetirə bilən “Ariana” adlı avtonom avtomatlaşdırılmış kater təqdim ediblər. İran mütəxəssislərinin sözlərinə görə, aparat yüksək manevr qabiliyyəti ilə fərqlənir. O, təsvirləri real zaman rejimində ötürməyə “qadirdir”.

“Nokia” şirkəti “Lumia 505” smartfonunu təqdim edib


“Nokia” şirkəti “Lumia” seriyasından ucuz “Windows” smartfon təqdim edib. Şirkətin saytında verilmiş məlumata əsasən, 505 nömrəli model Meksikanın “Telcel” mobil operatoru üçün nəzərdə tutulub. Cihazın əsas üstünlükləri 800x400 təsvir ölçülü keyfiyyətli 3,7 düymlü “AMOLED” ekran və 8 meqapikselli kameradır.

Öz-özünə açılan yeni təhlükəsizlik kəməri


“Fijen TMLS” şirkətində çalışan hollandiyalı mütəxəssislərin avtomobillər üçün hazırladıqları xüsusi təhlükəsizlik kəmərinin dili maşın suya düşdükdə avtomatik açılır. Beləliklə, avtomobil suya düşdükdə sürücü və sərnişinlər onun içərisindən tez çıxa bilər.

“BlackBerry 10” yaxın vaxtlarda təqdim ediləcək


Kanadanın “Research in Motion” şirkəti “BlackBerry 10” əməliyyat sisteminin final versiyasının təqdimatına dəvətləri paylamağa başlayıb. “BB10”-un təqdimatı zamanı onun əsasında işləyən 2 yeni smartfon da təqdim ediləcək.

Düşüncənin gücü ilə idarə edilən əl yaradılıb (VİDEO)


Amerikalı alimlər avtomatlaşdırılmış əlin düşüncənin gücü ilə idarə edilməsinə nail olublar. Boyun nahiyəsindən aşağı hissəsi tamamilə iflic olmuş 53 yaşlı Cen Şoyermann qurğunu sınaqdan keçirib. Robot əllərin idarə edilməsində beyin qabığının avtomatlaşdırılmış sahəsinə implantasiya edilmiş 4×4 millimetr ölçüsündə datçikdən istifadə olunur.

Kompüterlər tezliklə insan hisslərinə sahiblənəcək


Dünyanın ən böyük kompüter istehsalçılarından biri “IBM” korporasiyası yaxın 5 il ərzində insanların həyatını dəyişdirə biləcək 5 innovasiya haqqında məlumat verib.

“Samsung” şirkəti “Galaxy Grand” smartfonunu təqdim edib


“Samsung” şirkəti “Galaxy Grand” smartfonunu təqdim edib. Cihaz 800×480 piksel təsvir ölçüsünə malik 5 düymlü ekranla, 1.2 QHs takt tezliyində işləyən ikinüvəli prosessor, 2 ədəd kamera (8 meqapikselli əsas və 2 meqapikselli ön) ilə təchiz edilib.

Yaponiyada qənaətcil duş ixtira edilib


Yaponiyanın “TOTO” şirkətinin 2013-cü ilin fevralında satışa çıxaracağı yeni “Air-In Shower” duşu xüsusi konstruksiyaya malik başlıqdan istifadə edilməsi sayəsində 35 faizədək suya qənaət etməyə imkan verəcək. Həm də duş qəbul edən insan su çatışmazlığı hiss etməyəcək.

Britaniyalı tələbə karton dəbilqə hazırlayıb (VİDEO)


London Kral Kollecinin tələbəsi Anirudx Surabxi karton velosiped dəbilqəsi yaradıb. Bu dəbilqə başı plastikdən hazırlanmış dəbilqədən daha yaxşı qoruyur.

“Volvo” “bulud” avtomobili yaradır


2013-cü ilin əvvəlində “Volvo” ilə “Ericsson” birgə “bulud” xidmətləri ilə təchiz edilmiş birinci avtomobil təqdim etməyi planlaşdırırlar. “ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, ən böyük telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” və İsveçin “Volvo Car” avtomobil şirkəti yeni nəsil avtomobil yaratmaq niyyəti haqqında bəyan ediblər.

Alimlər uzana bilən naqil yaradıblar (VİDEO)


Şimali Karolina Universitetindən tədqiqatçıların yaratdığı naqilləri dartaraq 8 dəfə uzatmaq mümkündür. “ICTnews.az” elektron xəbər xidməti “http://zhelezyaka.com” saytına istinadən bildirir ki, onları yığcam elektronikadan tutmuş, elektron parçaya kimi ən müxtəlif sahələrdə istifadə etmək olar.

Dünyanın ən nazik ultrabuku təqdim edilib


“NEC LaVie X” ultrabukunun qalınlığı 12,8 millimetr (mm) təşkil edir, bu halda model 15,6 düymlü ekranla təchiz edilib. Yaponiyanın “NEC” şirkəti “LaVie X” ultrabuk modelini təqdim edib. Şirkətin iddiasına əsasən, təqdim edilmiş model dünyanın ən nazik ultrabukudur.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL