waplog

Məşhur axtarış şirkəti də planşet istehsal edəcək?


“İCTnews” elektron xəbər xidməti “lenta.ru” resursuna istinadən xəbər verir ki, “Google” şirkəti 2012-ci ildə 7 düymlü ekrana malik planşet istehsal etməyi planlaşdırır, analitik Riçard Şimə istinadən “CNET News” məlumat verib.

Qurğu aprel ayında istehsal ediləcək; ilk partiya 1,5-2 milyon planşetdən ibarət olacaq. Qurğu istehsalçısının “Google” və ya şirkət-partnyor olacağı hələ ki məlum deyil.

“Google” şirkətinin Direktorlar şurasının sədri dekabr ayının ortasında  “Corriere della Sera” italyan qəzetinə verdiyi müsahibəsində bildirib ki, onun şirkəti bazara ən yüksək keyfiyyətli planşet çıxarmaq istəyir.
2012-ci ilin yanvar ayında Tayvanın “DigiTimes” nəşri yazmışdı ki, “Google” şirkəti “Kindle Fire” və “Nook Tablet” qurğularına rəqib hazırlayır. Nəşrin məlumatına əsasən, “Google” şirkətinin hazırladığı planşetin qiyməti 199 dollardan aşağı, yəni bu qurğulardan ucuz olacaq.

Riçard Şim, həmçinin bildirib ki, “Google” şirkətinin hazırladığı planşetdə ekranın təsvir ölçüsü 1280x800 piksel təşkil edəcək.
 
EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL