waplog

İT şirkətləri mütəmadi əqli mülkiyyət hüquqlarını pozurlar


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Yahoo” şirkəti “Facebook” sosial şəbəkəsini əqli mülkiyyət hüququnun pozulmasında ittiham edir. Hər iki şirkət nümayəndələri artıq dünən danışıqlar aparmaq üçün görüşüblər. Danışıqlarda reklamın yerləşdirilməsi, xəbərlər lentinin doldurulması, şəxsi funksiyaların və məlumatların idarə olunması texnologiyaları daxil olmaqla, “Yahoo”-ya məxsus 20 patentin 10-u müzakirə olunub.

“Yahoo”-da görüş barədə ətraflı məlumat verməkdən imtina edərək iri sosial şəbəkə ilə məhkəmə araşdırmalarının aparılması üçün təkid edəcəklərini qeyd ediblər. Bununla bərabər, maliyyə iddiasının məbləği barədə hələlik məlumat verilmir.   

İT korporasiya nümayəndələri bəzi şirkətlərin artıq onların istifadə etdikləri informasiya məhsulları üçün patent lisenziyalarını əldə etdiklərini bildiriblər. “Yahoo”-dan vurğulayıblar ki, “Facebook” tərəfindən analoji addımların atılacağını gözləyirlər, çünki şirkət səhmdar və əməkdaşlar qarşısında məsuliyyət daşıyır və buna görə də öz əqli mülkiyyət hüququnu qorumağa çalışacaq.

Qeyd etmək lazımdır ki, “Yahoo” tərəfindən ittihamlar “Facebook”-un birjaya çıxmaq barədə planları elan edildikdən dərhal sonra səsləndirilib.  Məsələ məhkəmə araşdırmaları ilə nəticələnsə, bu məhkəmə işi sosial media bazarında birinci ola bilər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL