waplog

“Xalq kompyuteri” layihəsi Naxçıvanda uğurla həyata keçirilir


Məlum olduğu kimi, 2010-cu ilin iyul ayından başlayaraq “Xalq kompyuteri” layihəsinin 2-ci mərhələsinə start verilib. Bu mərhələdə  layihənin əsas məqsədi yalnız orta məktəb müəllimləri deyil, digər sosial təbəqələrin də müasir kompyuter və lisenziyalı proqram təminatını güzəştli şərtlərlə əldə etməsi üçün şərait yaratmaq, bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və “e-hökumət”in inkişaf etdirilməsi istiqamətində apardığı fəaliyyəti dəstəkləməkdən ibarətdir.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə,  2-ci mərhələ elan olunduqdan sonra   “Xalq kompyuteri” layihəsi 2010-cu ilin avqust ayından etibarən Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyətinə start verib.

Naxçıvanda əhalinin müxtəlif sosial təbəqələri tərəfindən  layihəyə xüsusi maraq göstərilir.  Belə ki, cari ilin yanvar ayının 1-nə kimi layihə çərçivəsində 1430 ədəd kompyuter güzəştli şərtlərlə əhaliyə satılıb. Xatırladaq ki, “Xalq kompyuteri” layihəsi muxtar respublikada Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnternet Mərkəzi tərəfindən həyata keçirilir.

 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL