waplog

Taylandda baş vermiş daşqın nəticəsində “Seagate” şirkəti “HDD” seqmentində lider olub


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “IHS iSuppli” analitik şirkəti sərt disk seqmentindəki vəziyyətlə bağlı öz növbəti tədqiqat məlumatlarını dərc edib. Mütəxəssislər qeyd ediblər ki, Taylandda baş vermiş daşqın sərt disk seqmentinin əvvəlki lideri “Western Digital” şirkətini əhəmiyyətli dərəcədə zəiflətdi. Lakin daşqın nəticəsində  “Seagate” şirkəti 2011-ci ilin sonunda sərt disk tədarüki üzrə lider olub.

Qeyd edim ki, “Seagate” müəssisələri Taylandda bir qədər hündürlükdə yerləşdiyinə görə şirkət digərləri ilə müqayisədə daha az ziyana məruz qalıb. Buna görə də “Seagate” şirkəti son 2 il ərzində ilk dəfə olaraq “HDD” seqmentində lider olub" – “IHS iSuppli” şirkətinin analitiki Fenq Çjan (Fang Zhang) bildirib.

Məlumat üçün bildirim ki, 2011-ci ilin dördüncü rübündə 5 aparıcı sərt disk istehsalçısı ümumilikdə 123,3 milyon sərt disk tədarük edib. Bu göstərici əvvəlki rüblə müqayisədə  30% aşağı olub.


 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL