waplog

“Rabitə Bakı” qadın voleybol komandası “ilin ən yaxşı idman komandası” seçilib


Bakıdakı Qafqaz özəl gimnaziyasının təşkil etdiyi “İlin ən yaxşıları” müsabiqəsinin qalibləri arasında “Rabitə Bakı” qadın voleybol komandası da var. Belə ki, komanda 12 nominasiya üzrə baş tutan sorğuda “Rabitə” “İlin ən yaxşı idman komandası” yarışmasında bütün rəqiblərini qabaqlayıb və birinci olub.

Qeyd edək ki, gimnaziyanın müəllim və şagird kollektivinin seçimi nəticəsində mədəniyyət, incəsənət, idman, televiziya və mətbuat sahəsində çalışan ən yaxşılar mükafatlandırılıb. Ümumilikdə 12 nominasiya üzrə qaliblər seçilib.

2011-ci ildə dünya və Azərbaycanın ən güclüsü adını qazanan, Çempionlar Liqasının gümüş mükafatına sahib olan paytaxt təmsilçisi bu dəfə Bakıdakı Qafqaz özəl gimnaziyasında keçirilən “İlin ən yaxşıları” müsabiqəsinin qalibi seçilib.
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL