waplog

Ailə qurmaq istəyənlər onlayn müraciət edə bilər


Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili ilə bağlı tədbirlər nikah prosesini də sadələşdirib. Belə ki, ailə qurmaq istəyənlər bunun üçün onlayn müraciət formasından istifadə edə bilərlər.

"İCTnews" elektron xəbər xidməti bildirir ki, nikaha girmək üçün tələb olunan ərizə formalarını doldurmaqdan ötrü "Ədliyyə Nazirliyinin elektron xidmətlər portalı"nda "Vətəndaşlıq vəziyyəti" bölməsinə daxil olmaq lazımdır. Bu bölmədə "Nikahın bağlanması üçün elektron müraciət"i doldurduqdan sonra istifadəçi onu təsdiqləməlidir.


Qeyd edək ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" respublika prezidentinin 2011-ci il 23 may tarixli fərmanından irəli gələn tapşırıqların icrası ilə bağlı Ədliyyə Nazirliyində müasir elektron sistemlərin tətbiqinin genişləndirilməsinə başlanılıb. Qurumun internet saytında elektron xidmətlərlə bağlı xüsusi bölmə də bu tədbirlərin əsası kimi yaradılıb. Nazirliyin elektron xidmətlər sahəsində apardığı sınaq işlərinə isə ötən ildən başlanılıb.


Belə ki, hələ keçən il ədliyyə orqanları tərəfindən əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkil edilməsi məqsədilə universal elektron xidmət köşkləri hazırlanıb. Bu köşklər 2001-ci ilin 1 iyul tarixindən etibarən sınaq rejimində bir sıra yerli qurumlarda istifadəyə verilib. Həmin köşklər vasitəsilə vətəndaşlar inzibati işçilərlə təmasda olmadan notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı ilə əlaqədar, o cümlədən qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, tələb olunan sənədlər, həmin sənədləri verən orqanlar, iştirak edən şəxslər, ödənişlər və onlardan azadolmalar barədə məlumatları öyrənə, eyni zamanda zərurət olduqda bu məlumatları əks etdirən çıxarışları əldə edə bilirlər.

Köşklərdə quraşdırılmış elektron ödəmə sistemi həmçinin banka bilavasitə müraciət etmədən bütün növ ödənişlərin istər kart, istərsə də nağd şəkildə həyata keçirilməsini və müvafiq qəbzin avtomatlaşdırılmış qaydada alınmasını mümkün edir. Yüksək sürətlə internet şəbəkəsinə qoşulması nəticəsində vətəndaşlar üçün köşklər vasitəsilə nazirliyin "qaynar xətt"inə və elektron poçtuna birbaşa müraciət etmək imkanı da yaradılıb. Hesab olunur ki, bu təcrübənin tətbiqi şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması ilə yanaşı, vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də xidmət edəcək.

Hazırda elektron xidmətlərin daha da təkmilləşdirilməsi sahəsində işlər davam etdirilir.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL