waplog

GSM abunəçilərinə eyni vaxtda “3G” xidmətindən istifadə imkanı təmin ediləcək


“Eurovision 2012”  mahnı müsabiqəsinin keçirilməsi zamanı bütün GSM abunəçilərinin eyni vaxtda “3G” xidmətindən istifadə imkanı təmin ediləcək”. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə məlumatı “Azerfon” MMC-nin Korporativ Ünsiyyət Meneceri Elsad Fərzəliyev bildirib.

Onun sözlərinə görə, “3G” xidməti ilə informasiyanın ötürülməsi tələbatına uyğun rouminq əlaqələrinin bütün zəruri   istiqamətlər üzrə təşkili də diqqət mərkəzindədir. Bundan başqa mobil operator göstərilən xidmətlər üzrə bir neçə istiqamətdə alternativliyin təşkili və etibarlılığının təmin edilməsi məsələsini də həll edib.

 E.Fərzəliyev bildirib ki, müsabiqənin keçiriləcəyi kompleksdə, hava limanında və iştirakçıların kütləvi toplanması ehtimal olunan yerlərdə əlavə səyyar baza stansiyalarının qoyulması ilə  mobil rabitəyə yaranacaq tələbatın tam ödənilməsi üçün baza stansiyalarının və kanalların sayının artırılması da reallaşıb.
Qeyd edək ki, müsabiqənin keçirilməsi ilə əlaqədar İKT ilə bağlı məsələlərin daha operativ həll edilməsi ilə əlaqədar bütün işlər tədbirlər planına uyğun yerinə yetirilir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL