waplog

"Nokia" Azərbaycanın naviqasiya xəritəsinin tam variantını təqdim edəcək


"Nokia" şirkəti yaxın vaxtlarda Azərbaycanın naviqasiya xəritəsinin tam variantını təqdim edəcək. Bu barədə "Nokia"nın Azərbaycandakı rəsmi distribüteri olan "Mobitel" şirkətindən məlumat veriblər.
Hazırda məhsulun beta-test sınağı başa çatdırılır. Hazır əlavəni "Nokia Store" əlavələr mağazasında yükləmək mümkün olacaq.

Məhsulun beta-variantı ötən ilin sonunda təqdim edilib.Azərbaycanın naviqasiya xəritəsində magistral yollar və yaşayış məntəqələri göstərilib. "Nokia Maps" proqramı marşrutların salınması üzrə imkan təqdim edir.

"Nokia Maps" kartoqrafik şəbəkəsi pulsuz təqdim edilir. O, şəhərlərin xəritələri və sxemlərinin yüklənməsi, eləcə də yol nöqtələri kimi nişanlanması mümkün olan baxımlı yerlər haqqında məlumatın saxlanması və verilməsi üçün istifadə edilir.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL