waplog

“Bulud” xidmətləri təxminən 14 milyon yeni iş yeri yaradacaq


"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, 2011-ci ildən 2015-ci ilə qədər özəl və dövlət "bulud" xidmətlərinə sərf edilən xərclər təxminən 14 milyon yeni iş yeri yaradacaq.

Bundan əlavə, "bulud" konsepsiyası vasitəsi ilə yaradılan İT innovasiyalar biznes üçün hər il təxminən 1,1 trilyon dollar həcmində mənfəət yaradacaq. Bu barədə "IDC" şirkətinin mart ayının 5-i tarixində dərc edilmiş proqnozunda qeyd olunub.

"Biz "bulud" konsepsiyasının əmək bazarına əhəmiyyətli təsir göstərəcəyini gözləyirik. "Bulud" xidmətləri sayəsində bir çox müasir İT həllər üçün xərclər azaldıla, həmçinin texnoloji inkişaf sürətlənə bilər" – "Microsoft" şirkətinin korporativ vitse-prezidenti Syuzan Xauser bildirib.

Həmçinin bildirilib ki, "bulud" xidmətlərinə istiqamətlənmiş yeni iş yerlərinin 50%-i Hindistan və Çində yaranacaq. 





EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL