waplog

Milli filmlərin elektron bazası yaradılır


"www.azerbaijans.com" saytında milli filmlərin elektron bazası yaradılır. Belə ki, bir neçə ay öncə istifadəyə verilmiş və 7 dildə fəaliyyət göstərən virtual ensiklopediya sayt üzərində təkmilləşdirmələrini davam etdirir. Milli filmlərin elektron bazasının yaradılması da resursda "Kino" bölməsində başlanılan yeniliklərdən biridir.

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə saytın redaksiyasından məlumat verilib. Mənbənin bildirdiyinə görə, son təkmilləşdirmə internet istifadəçilərinə Azərbaycan filmlərini yalnız bir sayt vasitəsilə izləmək imkanı yaradacaq: "Bildiyiniz kimi, "www.azerbaijans.com" saytı günü-gündən yenilənir, zənginləşir.

Bu günlərdə işlərimizin davamı olaraq saytın "Kino" bölməsinin "Filmlər" linkində daha böyük miqyaslı yenilənmələrə başlanılıb. Bununla da istifadəçilərimiz "www.azerbaijans.com" saytı vasitəsilə klassik Azərbaycan kino salnaməsini rahatlıqla izləmək imkanı əldə edəcəklər".

Linkə tammetrajlı, qısametrajlı və sənədli Azərbaycan filmləri daxil edilir. 248 tammetrajlı Azərbaycan filmindən artıq 238-i sayta yerləşdirilib. Saytdan bildirilib ki, virtual ensiklopediya özündə filmlərlə yanaşı, onlar haqqında məlumatları da əks etdirir. İstifadəçilər burada filmlərin istehsal ili, ssenari müəllifi, rejissoru, dili, janrı və hətta rəngi haqqında da məlumatları əldə edə bilərlər.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL