waplog

“Azərpoçt” MMC açıq tender elan edib


“Azərpoçt” MMC Yasamal rayonunda poçt filialının inzibati binasının tikintisi və 3 ədəd qəsəbə tipli poçt şöbəsinin tikintisi və texniki avadanlıqlarla təchiz olmaqla 2 Lot üzrə açıq tender elan edib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə müəssisədən məlumat verilib.

Tenderdə iştirak haqqı müvafiq olaraq I Lot üzrə 300 manat,  II Lot üzrə isə 200 manat təşkil edir. Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu  “Azərpoçt” MMC-dən əldə edə bilərlər.

İddiaçılar iştirak üçün tələb olunan sənədləri  (tender təklifi və bank zəmanəti istisna olmaqla ) 17 aprel 2012-ci il saat 17:00-a qədər, tender təklifi və zəmanəti isə möhürlənmiş ikiqat zərfdə 26 aprel 2012-ci il saat 17:00-a qədər  Ü.Hacıbəyov küçəsi, 36 ünvanına təqdim etməlidirlər. Təklif zərfləri 27 aprel 2012-ci il saat 12:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Qeyd edək ki, tenderdə iştirak etmək istəyənlər əlavə məlumat üçün 493-56-00 (200) nömrəsi  vasitəsilə “Azərpoçt” MMC ilə əlaqə saxlaya bilərlər.


CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL