waplog

Telefon danışığına 800 manat pul ödəyən Azərbaycan müğənnisi kimdir?


Azərbaycan şou-biznesinin nümayəndələri “Lider” TV-də yayımlanan "Qızıl pillə" verilişində mobil telefona münasibətləri haqda danışıblar. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, «Bakılı qız» mahnısı ilə populyarlıq qazanan Vasif Məhərrəmli iki mobil telefon işlətdiyini söyləyib.

Onun sözlərinə görə, telefon nömrəsindən birini hər kəs bilir: «Digər nömrə yalnız yaxınlarımdadır. Telefondan yalnız əlaqə vasitəsi kimi istifadə edirəm. Xaricdə olduqda telefon danışığına 700-800 manat ödəməli oluram".
Müğənni Günel Ələkbərova isə əvvəlcə SMS yazmağı xoşlamadığını deyib.

Onun sözlərinə görə, bunu sənətçinin bütün tanışları bilir: «Hətta bayramlarda təbrik SMS-lərinə zəng vuraraq cavab verirəm. "

Gənc müğənni Xəyyam Nisanov da telefonun ona yalnız rabitə üçün lazım olduğunu önə çəkib. Mobil telefonla internetə qoşulmadığını söyləyən Xəyyam internetə kompyuter vasitəsi ilə qoşulmağa üstünlük verdiyini dilə gətirib: «Xaricdə olarkən SMS yazmağı xoşlayıram. Çünki zəng etmək çətin olur. Hazırda işlətdiyim bahalı telefonu mənə hədiyyə ediblər. Artıq 2 ildir, onu işlədirəm. Telefonu tez-tez dəyişməyi xoşlamıram".

Bəstəkar və müğənni Elza Seyidcahan isə deyib ki, mobil telefonun diktofonundan da tez-tez istifadə edir: «Əvvəllər mahnı bəstələyən kimi onu nota çevirirdim. Amma indi avtomobildə çox vaxt keçirirəm. Odur ki, ağlıma yeni mahnı gələn kimi onu diktofona köçürürəm".
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL