waplog

Gəncədə quraşdırılacaq bankomatların dislokasiya yerləri məlum oldu


“Azərpoçt” MMC müştərilərinə bank xidmətləri göstərmək üçün regionlar üzrə  post-terminallar və bankomatların quraşdırılmasına başlayıb. Xəbər verdiyimiz kimi, Gəncədə də bu istiqamətdə tədbirlər həyata keçirilməsi nəzərdə tutulmuşdur. Artıq bankomatların dislokasiya yerləri məlumdur.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə məlumatı Gəncə Regional Poçt filialının rəisi Nizami Mustafayev verib. Onun sözlərinə görə, bankomatlardan biri mərkəzi şöbədə, digəri şəhərin ikinci hissəsində olan ikinci şöbədə, üçüncü bankomat isə Heydər Əliyev prospektində olan birinci şöbədə quraşdırılacaq.

“Azərpoçt” artıq Bakı şəhərində bankomatlarını, Lerik rayonunun Çayrud kəndində isə post-terminal istifadəyə verib.


RƏVAN
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL