waplog

Azərbaycan haqqında yeni markalar buraxılıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti "Avropa 2012. Azərbaycana səfər" - Azərbaycan haqqında yeni markalar seriyasını təqdim edib.

Seriyaya 3 marka daxildir. 20 qəpik nominallı markanın üzərində Xəzər dənizi sahilində çimərlik, 60 qəpik nominallı digər marka üzərində isə dağ xizək kurortu təsvir olunub.

Üçüncü marka suvenir poçt bloku şəklində hazırlanıb. Onun üzərində Bakıdakı Heydər Əliyev Beynəlxalq aeroportu təsvir olunub və nominal dəyəri 1 manata bərabərdir.
Markaların tirajı hər bir marka üçün müvafiq olaraq 20 min ədəd və 10 min suvenir bloku təşkil edir.
 






   

   






NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL