waplog

“Google” şirkəti oriqami ustası Akira Yosidzavanın ad gününü qeyd edir


"Google" şirkəti axtarış sisteminin əsas səhifəsində yaponiyalı oriqami ustası Akira Yosidzavanın anadan olmasının 101-ci ildönümünü özünəməxsus şəkildə qeyd edir.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, "Google.com" saytının əsas səhifəsindəki şirkətin ənənəvi loqosu çərşənbə günü dudl ilə  əvəz edilib. Dudlda "Google" şirkətinin adının hər bir hərfi oriqami fiquru ilə təsvir edilib.

Məlumat üçün qeyd edim ki, Akira Yosidzava 1911-ci il martın 14-də Yaponiyanın Kominakava şəhərində anadan olub və 94 il ömür sürüb. Əvvəlcə oriqami onun üçün adi həvəs idi, lakin "Asaxi Qraf" jurnalı üçün heyvanların kağız fiqurları şəklində illüstrasiyaları ona 1950-ci illərdə dünya şöhrəti qazandırdı.

Yosidzava 1954-cü ildə Tokioda Beynəlxalq oriqami mərkəzinin əsasını qoyub. O, oriqami əlifbasının müəllifidir və bu incəsənət çərçivəsində 50 mindən çox model fikirləşib. O, 1983-cü ildə Yaponiyanın nüfuzlu mükafatlarından biri "Doğan günəş ordeni" ilə mükafatlandırılıb.

Məlumat üçün bildirim ki, "Google" şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqonu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL