waplog

Məşhur İT liderini “oyuncaq”a çevirdilər


“Apple”ın əfsanəvi lideri Stiv Cobsun oyuncaqları hazırlanıb. Məhdud sayda istehsal olunacaq oyuncaq üçün artıq kolleksiyaçılar sifariş verməyə başlayıb. Qiyməti 60 dollar olan və sadəcə, 1 200 ədəd istehsal edilməsi nəzərdə tutulan “iCEO” adlı oyuncağın bu ilin avqustunda satışa çıxarılması planlaşdırılır. Eynəyi, qara boğazlı poliveri və cins şalvarıyla oyuncaq Cobsa aid bütün fiziki bənzərliklərə sahibdir.

“Throwboy” adlı şirkət tərəfindən istehsal ediləcək oyuncaqların satışından əldə olunacaq gəlirin 10 faizi (təxminən 7 200 dollar) ABŞ Xərçənglə Mübarizə Dərnəyinə bağışlanacaq.
 
Xatırladaq ki, ötən il çinli bir firma da Stiv Cobs oyuncağı istehsal etməyə çalışsa da, müəllif hüquqları səbəbilə buna müvəffəq olmamışdı.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL