waplog

Televizor bazarında artım sürəti zəifdir


2011-ci ildə maye kristal televizor tədarükləri 205 milyon təşkil edib. Bu nəticə keçən ilin göstəricisini 7% ötür. Bu barədə “NPD DisplaySearch”  analitiklərinin tədqiqat hesabatında qeyd olunub.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, 2012-ci ildə 225 milyon “LCD” modeli istehsal ediləcək.

Analitiklər maye kristal televizor bazarında artım sürətinin azalmasını qeyd ediblər. 2011-ci ilin dördüncü rübündə “LCD TV” sektorunda tədarüklər illik hesablamada yalnız 1% artıb. Bu, bazarın “DisplaySearch” şirkəti tərəfindən monitorinq edilməsinin bütün tarixi ərzində ən aşağı artım göstəricisidir.

2011-ci ildə plazma televizor seqmentində 7% azalma qeyd olunub. Ümumilikdə televiziya bazarı 6 il ərzində ilk dəfə olaraq 0,3% azalıb, lakin televizorların sayı 247,7 milyon təşkil edib.

"2011-ci ildə televizorlara tələbatın azalması səbəbləri mürəkkəbdir. Hərçənd maye kristal televizor bazarında artım qeyd olunub, onun nəticələri proqnozlardan aşağıdır" - “NPD DisplaySearch” şirkətindən Şimali Amerikanın televizor bazarının tədqiqatı üzrə direktor Pol Qanon (Paul Gagnon) məlumat verib. "Tədarüklərin aşağı səviyyəsi həddindən artıq yüksək ehtiyatlarla bağlıdır".
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL