waplog

Mis birləşmələrdən optik lifə keçid fərdi kompyuterlər üçün standarta çevriləcək


Periferiya qurğularının kompyuterlərə qoşulması üçün nəzərdə tutulmuş optik lif əsasında hazırlanan “Thunderbolt” kabelləri satışa çıxarılan kimi bu interfeys fərdi kompyuter və müvafiq periferiya üçün standarta çevrilə bilər.

Bundan əvvəl “İntel” korporasiyası bildirmişdi ki, mis birləşmələrdən optik lifə keçid 2012-ci ilin sonunda baş verə bilər. Mütəxəssislər hesab edirlər ki, “Thunderbolt” texnologiyasının geniş yayılması 2013-cü ildə baş verə bilər.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Lenovo”, “ASUS” şirkətləri və digər sistem lövhə istehsalçıları optik kabellərlə işləyən daxili “Thunderbolt” portları ilə “İntel Ivy Bridge” aparat platformasında işləyəcək məhsulların istehsalına hazırlaşır.

Məlumat üçün bildirim ki, “Thunderbolt” texnologiyası 2009-cu ildə “İntel” korporasiyası tərəfindən elan edilib. 2011-ci ilin yazında bu yüksəksürətli interfeys ilk dəfə olaraq yeni “MacBook Pro” noutbuklarında, sonra isə digər “Apple” məhsullarında quraşdırıldı. Bu port üzrə sürət saniyədə 10 qiqabit  sürətə çatır.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL