waplog

İranda yeni pilotsuz uçuş aparatının istehsalına başlanılıb


İranda “Shahparak” adlı yeni pilotsuz uçuş aparatının istehsalına başlanılıb. Bu barədə İranın ingilis dilində olan “Press TV” kanalı məlumat verib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, yeni pilotsuz təyyarə təxminən 4500 metr hündürlüyə qalxır, uçuş müddəti 3,5 saata bərabərdir və yükdaşıma qabiliyyəti 8 kiloqram təşkil edir,- layihənin direktoru Reza Danande Xakamabad telekanala bildirib.

Onun sözlərinə görə, uçuş aparatı 2 mühərrikə malikdir və çəkilmiş təsvirlərin ötürülməsi üçün 3 videokamera ilə təchiz edilib. O, həm hərbi, həm də mülki  məqsədlər, həmçinin sərhədlərə keşik çəkmə, avtomobil nəqliyyatının hərəkətinə nəzarət və s. üçün istifadə edilə bilər.










EMİL




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL