waplog

Asiyanın ən hörmətli brendi


Son zamanlar “Sony” şirkətini neqativ hadisələr müşayiət edir. Belə ki, şirkət bu ilin martında Yaponiyada təbii kataklizmdən zərər çəkib, maliyyə zərərləri olub və nəhayət, “PlayStation Network” qırmasına məruz qalıb. Bununla belə, TNS sorğusuna əsasən, korporasiya Asiya istehlakçıları arasında ən hörmətli brend olaraq qalmağı bacarıb.
TNS sorğusunda bütün yaş kateqoriyalardan 3300 insan iştirak edib. Qeyd etmək lazımdır ki, “Sony” yalnız texnika istehsalçıları kateqoriyasında deyil, həm də bütün şirkətlər arasında bütövlüklə birinci yeri tutub. “Sony”nin arxasınca asiyalılar üçün “Samsung”, “Panasonic”, LG və “Canon” brendləri dəyərlidir. Brendlər arasında, texnologiya ilə bağlı olmayan “Chanel”, “Rolex” və BMW fərqlənib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL