waplog

Azərbaycanda ilk dəfə mobil biznes mövzusunda konfrans keçiriləcək


Hazırda bütün dünyada mobil texnologiyalara keçid prosesi sürətli şəkildə davam etməkdədir. Bu proses Azərbaycandan da yan keçmir. Artıq ölkəmizdə bu istiqamətdə müəyyən addımlar atılmaqdadır.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, cari ilin 6 aprel tarixində Bakıda ilk dəfə olaraq mobil biznes mövzusunda  keçiriləcək konfrans da bu qəbildəndir. Tədbir Azərbaycanın ilk mobil biznes portalı olan "Mobiz.az"-ın təşkilatçılığı ilə reallaşacaq.

"Azərbaycanda mobil biznes imkanları" adlı konfrans ölkədə mobil texnologiyalara keçid prosesinin daha sürətli və sistematik bir məcraya yönəlməsinə böyük imkanlar yaradacaq. Belə ki, konfransda nəinki Azərbaycanda fəaliyyət göstərən şirkət və qurumların təmsilçiləri, eyni zamanda Gürcüstan, Türkiyə və digər ölkələrdən olan nümayəndələrin də iştirakı gözlənilir.

Təşkilat komitəsindən verilən məlumata əsasən, tədbirdə "Nokia", "Microsoft",  "Beeline",  "Azerfon",  "Azercell",  "Timwe",  "General Mobile",  "Apple" kimi nüfuzlu şirkətlərin nümayəndələri ekspert qismində çıxış edəcəklər.

İlkin məlumatlara görə, tədbirə mobil texnologiya sahəsinə aid özəl qurum təmsilçiləri ilə yanaşı, müxtəlif QHT nümayəndələri də qatılacaq.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL