waplog

Metroda ilk “3G” xidməti


"Nar Mobile" şirkəti Azərbaycanın metro stansiyalarında ilk dəfə olaraq "3G" xidmətlərinin göstərilməsinə başlanıb. Hazırda, "2G" xidmətlərinə əlavə olaraq, "Nar Mobile"-ın abunəçiləri "Sahil", "Nizami", "28 May" və bir neçə əlavə stansiyada rabitədən istifadə edə bilirlər. Bu barədə açıqlama verən "Nar Mobile" şirkətinin baş icraçı direktoru cənab Yurqen Pits bildirib ki, şəbəkənin əsaslı şəkildə genişləndirilməsi nəticəsində Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq, "Nar Mobile" abunəçiləri metro stansiyalarında olarkən, nəinki "2G", eləcə də "3G" xidmətlərindən yararlana bilirlər. Azərbaycanda ən şəffaf və innovativ mobil operator kimi tanınan "Nar Mobile" metro stansiyalarında ilk dəfə olaraq "3G" xidmətlərini başlamaqla, ölkənin mobil rabitə bazarında texnoloji liderliyini qoruyur.

O, həmçinin qeyd edib ki, bu, "Nar Mobile" şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsinə yatırılmış 85 milyon ABŞ dolları həcmində sərmayənin sayəsində mümkün olub.

Öz şəbəkəsinin genişləndirilməsi ilə bağlı işi başa çatdırdıqdan sonra, "Nar Mobile" Azərbaycanda bütün şəhərləri əhatə edən ən iri "3G" şəbəkəsinə malik olacaq və beləliklə, genişzolaqlı mobil rabitəni ölkənin hər bir vətəndaşı üçün mümkün edəcəkdir. 2012-ci ilin may ayına şəbəkənin müasirləşdirilməsinin başa çatmasını nəzərdə tutaraq, "Nar Mobile" Azərbaycanda "4G" şəbəkəsini də quracaq.

Cənab Pits bildirib: "Bu gün "3G" xidmətlərindən istifadə edən və öz mobil telefonlarında yüksəksürətli internetdən yararlanan insanların sayı durmadan artır. "Nar Mobile"-ın 400000-dən artıq abunəçisi dövri olaraq "3G" xidmətlərindən istifadə edirlər. Bildiyiniz kimi, metro ən çox istifadə edilən ictimai nəqliyyat vasitələrindən biridir və bu gündən etibarən, müştərilərimiz ilk dəfə olaraq, metroda olarkən "3G" xidmətləri əsasında internetə daxil olacaq, elektron poçtdan və sosial şəbəkələrdən istifadə edəcəklər və böyük kontentləri yükləyəcəklər.

Metro şəbəkənin genişləndirilməsi 2012-ci il "Eurovision" müsabiqəsinə hazırlığın bir hissəsidir. 2012-ci ilin mayına qədər, "Eurovision-2012" münasibətilə gələn və şəbəkəmizi seçən bütün müsafirlər Azərbaycana səfərlərini daha rahat edəcək yüksək keyfiyyətli mobil rabitəyə malik olacaqlar".

Həmçinin, qeyd edilib ki, 2012-ci ilin mayında "3G" xidmətləri bütün metro stansiyalarında istismara veriləcəkdir. Hazırda, "Nar Mobile" "3G" xidmətlərini saniyədə 14.4 mb sürəti ilə göstərir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL