waplog

“Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin təqdimatı keçirilib


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılmış “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin təqdimatı keçirilib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin istifadəyə verilməsi təhsilin daha səmərəli istifadə edilməsinə və dövlət orqanları arasında informasiya mübadiləsinin xeyli dərəcədə sürətləndirilməsinə xidmət edəcək.

Onun sözlərinə görə, tələbə və məzunlar haqqında məlumatlardan bir sıra dövlət orqanları, o cümlədən Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Maliyyə, Təhsil, Müdafiə nazirlikləri və digər qurumlar istifadə edəcək: “TQDK-nın ünvanına hərbi komissarlıqlardan, şəhər və rayon təhsil şöbələrindən Azərbaycan vətəndaşlarının qəbul imtahanlarında iştirak etmələri, tələbələr sırasında olub-olmamaları haqqında minlərlə sorğu daxil olur.

Bu sorğuları cavablandırmaq vaxt itkisinə gətirib çıxarırdı. Əsasnaməyə əsasən, sistemə 12 dövlət qurumu qoşulmalıdır. İlkin olaraq pilot layihə kimi sistemə Maliyyə Nazirliyi qoşulub. Bütün ali məktəblərin sistemə qoşulması məcburidir”.
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL