waplog

İncəsənət Muzeyində mühafizə sistemi modernləşdirilib


Azərbaycan Dövlət İncəsənət Muzeyində Azərbaycanın ən iri bədii kolleksiyası toplanıb. Burada həm qədim zamanların məşhur müəlliflərinin işlərini, həm də müxtəlif tarixi dövrlərin xalq yaradıcılığının gözəl nümunələri saxlanılır.

 Muzeydəki müasir kolleksiyada Azərbaycan realistləri – Mirzə Kazım İrəvaninin, M.Nəvvabın, B.Kəngərlinin, Əzim Əzimzadənin əsərləri təqdim olunub. Burada həm də rus incəsənəti bölməsi də var. Bu bölmədə İ.K.Ayvazovskinin, N.İ.Arqunovun, K.A.Korovinin, İ.İ.Levitanın, İ.E.Qrabarın əsərləri nümayiş etdirilir. Muzeyin Qərbi Avropa incəsənəti şöbəsində İtaliyanın, Finlandiyanın, Hollandiyanın, Almaniyanın, Fransanın tanınmış sənətkarlarının işlərinə tamaşa etmək olar.

Yuxarıda qeyd olunmuş məsələləri nəzərə alaraq, dövlət muzeyinin rəhbərliyi qarşısında fövqəladə hallar zamanı nümayiş etdirilən eksponatların mühafizəsinin və qorunmasının təmin edilməsi məsələsi çıxmışdır. Bu baxımdan “CASPEL” şirkəti tərəfindən təklif edilən variant daha səmərəli olaraq qəbul edilib.

Beləliklə, muzeyin eksponatlar yerləşən bütün otaqlarında “CASPEL” şirkətinin əməkdaşları iki növ standart cihaz və xüsusi hərəkət cihazı quraşdırıblar. Eyni zamanda burada mərkəzi siqnalizasiya sistemi də yaradılıb. Belə ki, muzeyin istisnasız olaraq bütün otaqlarında səsli xəbərdarlıq və ucadandanışan rabitə əlaqəsi cihazları quraşdırılıb.

Həmçinin, 20-dən çox otaqda “CASPEL”-çilər həm muzeyin ziyarətçilərinin, həm də xidmət personalının bu otaqlara girişinə nəzarət etmək üçün kodlu qıfıl sistemi qoşulub. Ümumiyyətlə, muzeyə giriş-çıxış prosesini nəzarətdə saxlamaq üçünsə videomüşahidə sistemi də quraşdırılıb.

Eyni zamanda, “CASPEL” şirkətinin əməkdaşları  fövqəladə ağır vəziyyətlərdə Azərbaycan və dünya şedevrlərinin qorunub saxlanması üçün xüsusi avadanlığın quraşdırılmasını həyata keçiriblər. Belə ki, əsas enerji təchizatı xəttinin sönməsi və yaxud sıradan çıxması hallarında bütün elektron sistemlərin normal rejimdə işləməsini təmin etmək üçün fasiləsiz enerji təchizatı sistemi qurulub. 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL