waplog

“Twitter”dən əcaib xidmət


"Twitter" mikrobloq xidmətinin istifadəçiləri artıq öz bloqlarındakı tvitləri tualet kağızında çap edə biləcəklər.
"İCTnews" elektron xəbər xidməti bildirir ki, "Shitter" adlanan xidmət martın 28-də Amerikanın "Collector's Edition" şirkəti tərəfindən istifadəyə verilib.

"Twitter"in istənilən istifadəçisi "Shitter" xidmətindən istifadə edə bilər. Bunun üçün "Shitter" xidmətinə yalnız hesab haqqında məlumat bildirmək və sifariş vermək lazımdır.
Xidmətin haqqı 35 dollardır. Hər sifariş isə 4 tualet kağızı rulonundan ibarətdir. Tualet kağızının çatdırılması üçün isə ayrıca  ödəmək lazımdır.

Məlumat üçün bildirim ki, "Twitter" mikrobloqlar şəbəkəsi 2006-cı ildə yaranıb və çox tezliklə populyarlıq əldə edib. Hazırda xidmətin auditoriyası 200 milyonu ötüb.


 
EMİL
 
 
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL