waplog

31 Mart - Azərbaycanlıların Soyqırımına həsr olunmuş elektron aksiya keçiriləcək


31 mart  2012-ci il tarixində saat 15:00-da “İRƏLİ” Gənclik Mərkəzinin Şuşa zalında “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi və "Məktəb Parlamenti" ilə birgə “31 Mart - Azərbaycanlıların Soyqırımı”nın 94-cü ildönümünə həsr olunmuş  elektron aksiya həyata keçiriləcək.

 “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, aksiya çərçivəsində Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım haqqında məlumatları özündə əks etdirən müxtəlif dillərdə tərcümə olunmuş məlumatlar, foto və videolar sosial şəbəkələrdə və e-mail vasitəsilə paylaşılacaq.

 Xatırladaq ki, “İRƏLİ” İctimai Birliyi  İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış soyqırımla bağlı müxtəlif dillərə tərcümə olunmuş sənəd, kitab, video və foto materiallarla zəngin olan “genocide.az” saytı və “31mart.wordpress.com”  bloqu fəaliyyət göstərir.




CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL