waplog

Dünyanın ən yaxşı planşeti bəlli olub


Nüfuzlu “Consumer Reports” qeyri-kommersiya jurnalı planşetlərin reytinqini dərc edib. “İCTnews” elektron xəbər xidməti bildirir ki, mütəxəssislərin rəyi əsasında reytinqin birinci pilləsində  “iPad” planşeti qərarlaşıb. Nəşrin əməkdaşları qeyd ediblər ki, qurğuda çatışmazlıqlar olsa da, hazırda bu planşet xüsusiyyətlərinə görə  ən yaxşı qurğudur.

Onlar, həmçinin aparatın uzun müddət ərzində avtonom işləməsini, “LTE” şəbəkə və 5 meqapikselli kameraya malik olmasını qeyd ediblər. Bununla belə “Consumer Reports” jurnalı planşetin kifayət qədər güclü qızdığını inkar etmir, lakin narahatlıq üçün heç bir səbəb görmürlər. Qeyd edim ki, yeni “iPad” planşetinin ekranı çox keyfiyyətlidir, təsvirləri dəqiq və parlaq əks etdirir.




 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL