waplog

Maliyyə xarakterli məlumatların təqdim edilməsi elektronlaşdırılacaq


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələri Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Demokratiya, Yaxşı İdarəçilik və Sabitlik 1-ci Platformasının dövlət idarəetmə islahatları paneli üzrə “Şəffaflıq, vəzifəli şəxslərin gəlirlər bəyannaməsinin şəffaflığı və dövlət sektorunda məlumatların açıqlığı” mövzusunda keçirilən seminarda iştirak ediblər. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komissiyanın yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, seminar Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının üzvü olan ölkələrdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatların təqdim edilməsinin elektron sistemi, məlumatların açıqlığı, ictimai institutlarla və e-ərizələrlə bağlı informasiyanın açıqlanması üzrə təcrübə mübadiləsi xarakteri daşıyıb.

Tədbirdə “Gürcüstanda vəzifəli şəxslərin gəlir bəyannaməsinin elektron sistemi”, “Gürcüstanda ictimai institutlarla və e-ərizələrlə bağlı informasiyanın proaktiv açıqlanması” və “Finlandiyada dövlət sektorunda açıq məlumatlara mərhələli çıxış” mövzularında təqdimatlar keçirilib.

Tədbir iştirakçıları tərəfindən Dövlət İdarəetmə İslahatları Panelinin gələcəkdə inkişaf istiqamətləri barədə müzakirələr aparılıb. Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Demokratiya, Yaxşı İdarəçilik və Sabitlik platforması üzrə tədbirlərin Azərbaycan Respublikasında da keçirilməsi nəzərdə tutulub.
Azərbaycanla yanaşı, seminarda Gürcüstan, Moldova, Ukrayna, Finlandiya və Ermənistanın nümayəndələri iştirak ediblər.


CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL