waplog

ABŞ-da uçan avtomobillər istehsal ediləcək


ABŞ-da minik avia avtomobillərinin seriyalı istehsalına başlanılır. Amerikanın "Terrafugia" şirkəti tərəfindən hazırlanmış dünyada uça bilən ilk avtomobilin sınaqları uğurla başa çatıb. Minik avia avtomobilləri növbəti il satışa çıxarılacaq.

"Tranzişn" adlandırılmış avtomobil iki insan üçün nəzərdə tutulub. Start zamanı avtomatik açılan qanadların kənar nöqtələri arasındakı məsafə 8 metrdir. Enmədən sonra qanadlar minik avia avtomobilinin gövdəsi  boyunca yığılır. Maşın maksimal sürəti 762 metr məsafə qət etdikdən sonra toplayır və uçmağa başlayır. Maksimal uçuş hündürlüyü isə 500 metrdir.

Avtomobilin qiyməti 279 min dollara bərabərdir. Artıq 100-dən çox avtomobilçi girov məbləğini ödəyib və onlar gələn il ilk olaraq "Tranzişn" maşınına malik olacaqlar.
 

EMİL
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL