waplog

Dayanacaqda qurulan elektron lövhələrə uyğun tam qrafikləşmə prosesi yekunlaşır


Nəqliyyatın intellektual idarəetmə sisteminin birinci mərhələsi may ayına kimi yekunlaşacaq. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

“Aprel ayından başlayaraq, yolların xətlənməsi, yol kənarlarının təmizlənməsi, yeni elektron işıqforların qurulması, yollarda işarəvermə funksiyası daşıyan elektron lövhələrin təyini, avtobus parklarının yenilənməsi prosesi gedir. Eyni zamanda 500 ədəd “Londan taksi”sinin Bakıya gətirilməsi nəzərdə tutulub ki, onlardan da 200 ədədi artıq paytaxtdadır” - deyə Həsənov bildirib.

Qeyd edək ki, artıq avtobusların dayanacaqda qurulan elektron lövhələrə uyğun tam qrafikləşmə prosesi bitmək uzrədir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL