waplog

Ali Məhkəmədə kargüzarlıq və sənəd dövriyyəsi elektron qaydada həyata keçirilir


Azərbaycan Respublikası Ali Məhkəməsi müasir məhkəmə  sisteminin qurulması məqsədilə İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) tətbiqinə xüsusi önəm verir. Ali məhkəmə orqanında həyata keçirilən "Elektron kargüzarlıq və sənəd dövriyyəsi" sistemi də bu işlərin tərkib hissəsidir.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, Ali Məhkəmənin müasir informasiya texnologiyalarına əsaslanan "Elektron kargüzarlıq və sənəd dövriyyəsi sistemi" (İSTİNAD) məhkəmədə kargüzarlıq işinin səmərəliliyinin artırılması, o cümlədən sənədlərin daxildə operativ dövriyyəsi, işlərə və müraciətlərə baxılma müddətlərinə nəzarət edilməsi, iş üzrə tərəflərə və digər aidiyyəti şəxslərə məhkəmə aktlarının və digər sənədlərin vaxtında göndərilməsi, göndərilən materiallar və sənədlər üzrə qeydiyyatın avtomatik aparılması və sair bu kimi işlərin keyfiyyətlə yerinə yetirilməsini təmin edir.

Bununla yanaşı, sistem neqativ halların müəyyən edilməsi və aradan qaldırılması üçün  vətəndaş müraciətlərinin geniş təhlili işinin təşkilini, məhkəmə aktlarının və digər sənədlərin elektron surətlərinin uzun müddət saxlanılmasını və  eyni zamanda məlumatların operativ olaraq internet saytında yerləşdirilməsinə imkan verir.



CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL