waplog

Bakıətrafı ərazilərdə modern rabitə şəbəkəsi qurulur


Bu ilin I rübü ərzində istifadəçilərin daha keyfiyyətli rabitə şəbəkəsi ilə təmin olunması istiqamətində Xəzər Telefon Qovşağının xidmət ərazisində bir sıra tədbirlər həyata keçirilib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə qovşağın rəisi Cavid Həsənov məlumat verib.

Onun sözlərinə görə, görülən işlərin tərkib hissəsi olaraq Dübəndi bağ massivində 896 nömrə tutumuna malik NGN tipli 556 saylı elektron ATS istifadəyə verilib, Zirə qəsəbəsində 456 saylı EATS-də optik kabel çəkilərək rabitə optik kabelin üzərinə keçirilib və EATS-456 ONU-2 demontaj olunaraq 1888 nömrə tutumuna malik NGN tipli stansiya ilə əvəz olunub.

"Bundan əlavə, Mərdəkan qəsəbəsində yerləşən 454 saylı EATS-də 256 port tutumuna malik "ZTE" şirkətinin ADSL avadanlığı quraşdırılaraq montaj edilməklə yanaşı, Pirallahıdakı EATS-457 ilə EATS-454 arasında 16 portluq radio-rele avadanlığı istismara verilib. Bu müddət ərzində ümumilikdə qovşaq üzrə internet port artımı 1048 ədəd təşkil edib" – deyə qovşaq rəisi bildirib.
 


CAHANGİR
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL