waplog

“İntel” korporasiyası öz baş direktoruna 17 milyon ABŞ dolları ödəyib


ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə Komissiyasına (U.S. Securities and Exchange Commission) verilmiş sənədlərə əsasən, 2011-ci ildə “İntel”  korporasiyası öz baş direktoru Pol Otelliniyə mükafat kimi 17491900 ABŞ dolları ödəyib. Müqayisə üçün qeyd edim ki, 2010-cu ildə prosessor nəhənginin direktoruna 15652500 dollar ödənilmişdi.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən  bildirir ki, 2011-ci ildə cənab Ottelininin əsas maaşı 10% artaraq 1,1 milyon Amerika dolları təşkil edib. Bundan əlavə, o, qiymətli kağızlar şəklində 7,3 milyon dollar, birja opsionları şəklində 1,8 milyon dollar və şirkətdə nəzərdə tutulmuş həvəsləndirmə sistemi çərçivəsində pul mükafatı şəklində 6,4 milyon dollar əldə edib.

Sənəddə, həmçinin korporasiyanın bir sıra digər yüksəkvəzifəli əməkdaşları sadalanıb. “İntel”in Direktorlar şurasının sədr müavini Endi Brayant  keçən il 7246300 dollar, korporasiyanın əsas maliyyə direktoru Steysi Smit  6387600 dollar və “İntel Architecture group”-un direktoru Devid Perlmutter 7082400 dollar həcmində mükafat alıblar.


 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL