waplog

«Titanik» filminin “3D” versiyası gözləniləndən artıq gəlir gətirib


Məşhur «Titanik» filminin "3D" formatında çəkilmiş versiyası dünyada böyük səs-küyə səbəb olub. "İCTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, film kinoteatrlarda bir neçə gündür nümayiş olunur və  60 milyon dollardan artıq gəlir gətirib. ABŞ və Kanadada film 17,4 milyon dollar «yığıb».

Digər ölkələrdəki nümayişlərdən 35,5 milyon dollar əldə edilib.Beləliklə, artıq filmin hazırlanmasına xərclənmiş pul istehsalçılara qayıdıb. Bu işə 18 milyon dolların xərcləndiyi bildirilirdi.

"3D" formatlı «Titanik» aprelin 4-də ABŞ-ın 2600 kinoteatrında nümayiş olunmağa başlayıb. Bütünlükdə dünyada minlərlə kinoteatr filmi nümayiş etdirir.

Ümumiyyətlə, son zamanlar bütün dünyada "3D" formatına maraq hədsiz səviyyədə artıb. Azərbaycanda da bu kimi filmlərə böyük tələbat var. O üzdən azərbaycanlı rejissorlar da "3D" formatında kinolar çəkməyə başlasa, çox böyük nailiyyətlər əldə edə bilərlər.

SEYMUR 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL