waplog

Tim Kuk ən yüksək maaş alan baş direktor deyilmiş?!


"Fortune" jurnalının məlumatına görə, Tim Kuk 2011-ci ildə ən yüksək maaş alan baş direktor deyil. Belə ki, bu yaxınlarda "The New York Times" nəşri tərəfindən tərtib edilmiş 2011-ci ildə ən yüksək maaş alan baş direktorlar reytinqinə Tim Kuk rəhbərlik edib.

Nəşrin məlumatına görə, "Apple" korporasiyasının baş direktoru 2011-ci ildə 378 milyon dollar qazanıb. Bu isə günə təxminən 1 milyon dollar, saata 42 min dollar, dəqiqəyə 700 dollar və ya saniyəyə 12 dollar deməkdir. "Fortune" jurnalının məlumatına görə, bu informasiya həqiqətə uyğun deyil.








"İCTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən  bildirir ki, 2011-ci ildə Tim Kukun maaşı 900 min dollar təşkil edib. "The New York Times" nəşrinin jurnalistləri isə bu göstəricini 14,4 milyon dollar qeyd etmişdilər. Bu məbləğə, həmçinin bonus və əlavələri də gəlsək belə yekun məbləğ qeyd edilmiş 378 milyon dollara çatmır.
 
"Fortune" jurnalı qeyd edib ki, Tim Kukun səhmlərinin qiyməti 376,2 milyon dollar təşkil edir. Lakin Tim Kuk "Apple" şirkətində 10 il işlədikdən sonra bu məbləği ala bilər. Bu məbləğ günə 103 min dollar deməkdir.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL