waplog

Azərbaycan Milli Kitabxanasından internet vasitəsilə kitab sifariş vermək mümkündür


M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının rəsmi internet səhifəsində virtual sifariş bölməsi fəaliyyət göstərir. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu bölmə abunəçilərə məsafədən sifariş xidmətini təklif edir.

Kitabxananın üzvü olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan internet vasitəsilə kitab, jurnal və qəzet sifariş verə bilər.

İstifadəçilər 1993-cü ildən sonrakı ədəbiyyatın şifrəsini kitabxananın elektron kataloquna daxil olmaqla əldə edə bilərlər. Sifariş 2 saat müddətinə yerinə yetirilir. Şifrəsi məlum olmayan kitabların sifarişini isə bir gün əvvəl vermək lazımdır.

Elmi işçilər istisna olmaqla hər oxucu 5 nüsxədən artıq kitab sifariş verə bilməz və sifarişlər 3 gün müddətinə saxlanılır. Üç dəfə sifariş verib kitabxanaya gəlməyən oxucudan bir daha sifariş qəbul olunmur. Qəzetlərin sifarişi həmin gün üçün etibarlıdır.

Kitabxananın ümumi qaydasına uyğun olaraq ədəbiyyatın kitabxanadan kənara çıxarılması qadağandır.Qeyd edək ki, sifarişlər bazar ertəsindən başqa hər gün saat 10:00-dan 16:00-dək qəbul olunur.



CAHANGİR
 

 
 
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL