waplog

“Nokia” şirkəti 3 ay ərzində 2 milyon “Lumia” smartfonu satıb


Finlandiyanın mobil telefon istehsalçısı “Nokia”nın dərc etdiyi hesabat əsasında məlum olub ki, şirkət 2012-ci ilin birinci rübü ərzində 2 milyon “Lumia” smartfonu satıb.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, şirkət 2012-ci ilin birinci rübündə mobil qurğu satışlarından təxminən 4.2 milyon avro qazanıb. Bu məbləğin 2.3 milyonu adi smartfonlar və 1.7 milyonu isə smartfonların satışı sayəsində əldə edilib. Dərc edilmiş məlumatlara görə, cari ilin birinci rübündə 2 milyondan çox “Lumia” smartfonu satılıb.

“Nokia” şirkətinin “Microsoft” korporasiyası ilə birləşməsi Finlandiya istehsalçısının xeyrinə olub və “Nokia” şirkətinin yaxın vaxtlarda mobil qurğu bazarında əvvəlki lider mövqeyini geri qaytarması tamamilə mümkündür.
 



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL