waplog

Təyyarə istehsalçısı da smartfon istehsal edəcək?


Amerikanın “Boeing” təyyarə istehsalçısı “Android” əməliyyat sistemi ilə işləyən smartfon istehsal edəcək. Bu barədə “National Defense Magazine” məlumat verib. Aparat korporativ istifadəçilər üçün nəzərdə tutulacaq.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Boeing” şirkətinin vitse-prezidenti Brayan Palma qeyd edib ki, smartfon bazara 2012-ci ilin sonunda çıxarılacaq.

Brayan Palmanın sözlərinə görə, aparat təhlükəsiz rabitə xidməti göstərəcək və qiyməti 15-20 min dollara bərabər olan analoqlarından daha ucuz olacaq.

Brayan Palma hesab edir ki, qurğuya müdafiə və kəşfiyyat qurumlarında, fövqəladə hallar xidmətlərində, eləcə də biznes istifadəçilər arasında böyük tələbat olacaq.Smartfonun xüsusiyyətləri haqqında hələ ki məlumat verilmir.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL