waplog

Göygöl rayonunda yeni poçt şöbələrinin tikilməsi planlaşdırılır


“Azərpoçt”  MMC Göygöl rayonunda yeni poçt şöbələri tikməyi planlaşdırır. Rayon  Poçt filialının rəisi Müşfiq Ələkbərov  “İCTnews” elektron xəbər xidmətinə bildirib ki, poçt şöbələrinin bu xidmətləri göstərməsi üçün monitorinqlər aparılıb və yekun rəyə görə rayonun Topalhəsənli, Qızılca və Qırıxlı kəndlərində müasir üslubda poçt şöbə binalarının tikilməsi qərara alınıb.

 Bir qədər öncə “Azərpoçt” MMC-nin Təhlükəsizlik şöbəsinin rəisi “İCTnews” elektron xəbər xidmətinə bildirmişdi ki, regionlarda bank və maliyyə xidmətləri göstərən poçt şöbələrinin təhlükəsizliyinin təmin edilməsi üçün siqnalizasiya sistemindən və dəmir barmaqlıqlardan istifadə edilməyə başlanılıb.

Hazırda bütün bank və maliyyə xidmətləri göstərən kənd poçt şöbələrində olduğu kimi, Göygöl rayonunun da uyğun poçt şöbələrində aidiyyəti təhlükəsizlik tədbirləri görülüb. Qeyd edilən korporativ üslublu poçt şöbələri də dəmir barmaqlıqlar və siqnalizasiya sistemi, o cümlədən müasir avadanlıqlarla təchiz ediləcək.
Məlumat üçün bildirək ki, hazırda “Azərpoçt”un 1550-dən çox poçt şöbəsi var.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL