waplog

Stiv Cobsun filmi bu ilin sonuna hazır olacaq


Stiv Cobs haqqında çəkiləcək müstəqil filmin icraçı prodüseri Mark Xalm işçi adı "Jobs:Get Inspired" olan film haqqında məlumat verib. Onun sözlərinə görə, filmin çəkilişləri mayda başlanacaq, reliz isə 2012-ci ilin dördüncü rübünə planlaşdırılıb. Film Stiv Cobsun 1971-ci ildən 2000-ci ilə qədərki həyat dövrünü əhatə edəcək. Əsas rolu Eşton Katçer ifa edəcək.

"İCTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən  bildirir ki, Mark Xalm "Neowin" nəşrinə verdiyi müsahibəsində bildirib ki, Eşton Katçer "Apple" korporasiyasının həmtəsisçisi rolu üçün ideal tapıntıdır. Prodüser qeyd edib ki, o, yaxşı aktyor ifasına malikdir və xarici görünüşcə Stiv Cobsa oxşardır.

Film müstəqil studiya tərəfindən çəkiləcək. "Sony" korporasiyasının layihəsinə gəlincə isə bu filmin əsasını Uolter Ayzeksonun bioqrafik kitabı təşkil edəcək.

EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL