waplog

Yaxın günlərdə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərin göstərilməsinə başlanacaq


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 2012-ci ilin birinci rübü ərzində dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində müvafiq tədbirlər görülüb. Ötən dövr ərzində komitənin fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin təşkili ilə bağlı artıq müvafiq hazırlıq işləri həyata keçirilib.

Belə ki, komitənin əsasnaməsi ilə müəyyən edilmiş vəzifə və funksiyaların icrası zamanı müvafiq istiqamətlər üzrə elektron xidmətlərin göstərilməsi ilə bağlı artıq müasir informasiya-kommunikasiya sistemlərinin tətbiqi, tələblərin formalaşdırılması, proqram təminatının hazırlanması istiqamətində işlər yekunlaşdırılıb. Komitənin internet saytında elektron xidmətlər bölməsi fəaliyyət göstərir.

Artıq yaxın günlərdə bu bölmə vasitəsi ilə vətəndaşlara, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın qeydiyyatı və müvafiq arayışların alınması ilə bağlı elektron xidmətlərin göstərilməsinə başlanacaq. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.

Q.Xəlilovun sözlərinə görə, dövlət əmlakının özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması və ünvan reyestrinin yaradılması sahələrində inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi, o cümlədən Dünya Bankı, Almaniya İnkişaf Bankı (KfW), Almaniyanın Beynəlxalq Əməkdaşlıq (GİZ) təşkilatı, Norveç Kadastr və Xəritəçəkmə təşkilatı və digər xarici qurumlarla müvafiq layihələr çərçivəsində işlər aparılıb.

Bundan başqa, hazırda icarə haqlarının ödənilməsində şəffaflığın və operativliyin təmin edilməsi məqsədi ilə yaradılmış avtomatlaşdırılmış ödəniş sistemi üzrə icarəçilər tərəfindən ödənişlərin həyata keçirilməsi davam etdirilib.

Daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişaf etdirilməsi və qabaqcıl iş təcrübəsinin tətbiqi məqsədi ilə informasiya sistemlərinin  və məlumat bazalarının mərkəzləşdirilməsi, korporativ şəbəkənin qurulması, ərazi qeydiyyat idarələrinin müasirləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, arxivlərin elektron formata keçirilməsi, müasir texnologiyaların, avadanlıq və geodezik cihazların alınması, işçilərin bilik və bacarıqlarının artırılması sahələrində tədbirlər həyata keçirilib.

Daşınmaz əmlakın vahid kadastrının aparılması, ünvan reyestri və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi sahələrində müəyyən edilmiş tədbirlər həyata keçirilib. Belə ki, dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması işlərinin icrası davam etdirilib.

Azərbaycan ərazisində yeni formalaşdırılan irihəcmli daşınmaz əmlak obyektlərinin inşası üçün nəzərdə tutulmuş ərazilərin kadastr planlarının tərtibi və onlardan çıxarışların verilməsi istiqamətində də işlər görülüb. Azərbaycan Hökumətinin maliyyə vəsaiti hesabına ölkə ərazisinin daşınmaz əmlakın kadastrı məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin hazırlanması istiqamətində işlər aparılıb.

Belə ki, ilkin mərhələdə ayrılmış maliyyə vəsaitinə uyğun olaraq, Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi işlərinin icrası həyata keçirilir.

“Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanın icrası istiqamətində ölkə daxilində müvafiq işlərin görülməsi, eləcə də beynəlxalq təcrübələr araşdırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi və “Statens Kartverk” - Norveç Xəritəçəkmə Təşkilatı arasında “Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması” layihəsinin həyata keçirilməsi davam etdirilib: ”Vətəndaşlardan komitədə fəaliyyət göstərən “Qaynar xətt”lərə 100-ə, rəsmi internet səhifəsi vasitəsi ilə isə 70-ə yaxın onlayn müraciət daxil olub. Daxil olan müraciətlərin qeydiyyata alınaraq operativ cavablandırılması təmin edilib”.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL