waplog

“Wikipedia”da şirkətlər haqqında olan məqalələrin 50 faizdən çoxunda səhvlər var


Populyar “Wikipedia” onlayn ensiklopediyasında şirkətlər haqqında yazılmış məqalələrin 60 faizdən çoxunda səhvlər var. Bu barədə Pensilvaniya Universitetinin baş müəllimi Marsiya Distasonun tədqiqatına istinadən “The Daily Mail” qəzeti yazıb.

“Wikipedia” qaydalarına görə, müəlliflər ədaləti qorumalıdırlar. Buna görə şirkətlər haqqında yazılmış məqalələri onlarla əlaqəsi olan insanlar düzəltməməlidir. Onlar dəyişikliklər edilməsindən ötrü məqalə ilə bağlı müzakirə aparılması üçün sorğu yazmalıdırlar.

Distaso tərəfindən aparılmış tədqiqatda iştirak edənlərin dörddə biri iddia edir ki, məqalədə dəyişikliklər edilməsi üçün yazılmış sorğular rədd edilib. Düzəlişlər edildikdə isə bu, bəzən bir neçə gün, bəzən isə 1 həftə çəkib.

Marsiya Distaso hesab edir ki, “Wikipedia” onlayn ensiklopediyası daha dəqiq qaydalar hazırlamalıdır. Bundan əlavə, müntəzəm olaraq məqalələrin düzgünlüyünü yoxlamaq lazımdır.

Məlumat üçün bildirim ki, “Wikipedia” onlayn ensiklopediyası 2001-ci ilin əvvəlində istifadəyə verilib və hazırda dünyada ən populyar internet saytlarından biridir. “ComScore” analitik şirkətinin statistikasına görə, gün ərzində resursun yalnız ingilisdilli bölməsinə təxminən 25 milyon istifadəçi daxil olur.
 
EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL