waplog

Ölkəmizdə e-kataloq sistemi inkişaf etdirilir


Regionlarda kitabxana sisteminin elektron xidmətə keçidi istiqamətində işlər sürətlə həyata keçirilir. Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (www.xacmaz-mks.az) internet səhifəsinin yenidən qurulması da bu qəbildəndir.  

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, yenilənmiş sayta rayon, tarixi abidələr, turizm və s. haqqında bölmələr daxil edilib və elektron kataloq istifadəyə verilib.

E-kataloq Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişaf üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.2 bölməsinin icrası məqsədilə yaradılıb.  Elektron kataloq "Kitablar", "Retro kitablar", "Elektron kartoteka", "Diyarşünaslıq" və "Yeni kitablar" bölmələrini əhatə edir. E-kataloqun kitab bazasına Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə kitabxanaya hədiyyə edilmiş latın qrafikalı kitablar daxil edilir. Elektron kartoteka bazasına kitabxananın aldığı qəzet və jurnalların adları daxil edilib, habelə məqalələr işlənib. Kitabxananın abunə olduğu qəzet və jurnallar "Azərbaycan", "Xalq qəzeti", "Respublika", "Paritet", "Palitra", "Səs", "Xaçmaz" (bölgə qəzeti), "Mədəni-Maarif", "Mədəniyyət" və s. kartotekada öz əksini tapıb.

Retro kataloq bazasına kitabxananın fondunda oxucular tərəfindən tez-tez soruşulan və latın qrafikasında nəşr olunmayan kirill qrafikalı kitabların daxil edilməsinə başlanılıb.

Diyarşünaslıq bazası  elektron kataloqun ən maraqlı bazalarından biridir. Bu bazaya Xaçmaz haqqında nəşr olunan məqalələr daxildir.
Qeyd edək ki, yaxın günlərdə rayonun geniş ictimaiyyəti və ziyalıların iştirakı ilə e-kataloqun təqdimatı keçiriləcək.
 
CAHANGİR



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL