waplog

Amerikalı “Wikipedia” onlayn ensiklopediyasında 1 milyon düzəliş edib


İndianapolis şəhərinin sakini, 30 yaşlı Castin Knapp “Wikipedia” onlayn ensiklopediyasında etdiyi düzəlişlərin sayına görə rekorda imza atıb. O, resursda qeydiyyatdan keçdiyi 7 il ərzində 1 milyon düzəliş edib. Bu isə gün ərzində 385, 1 dəqiqə ərzində isə təxminən 4 düzəliş deməkdir. Knapp bildirib ki, o, bu uğurlu nəticəyə işsiz olması sayəsində nail ola bilib.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, amerikalı fəlsəfə və politologiya sahəsində elmi dərəcəyə malikdir və düzəlişlər əsasən, siyasət, fəlsəfə, din haqqında yazılmış məqalələrdə edilib. Knappın rekorda imza atması haqqında “Wikipedia” onlayn ensiklopediyasının təsisçisi Cimmi Uels bildirib. İkinci yerdə 620 min düzəliş etmiş Nil Edvards qərarlaşıb.

Statistikaya görə, “Wikipedia”da müntəzəm olaraq düzəlişlər edən redaktorların sayı təxminən 90 min təşkil edir.




 
EMİL
 
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL