waplog

Geologiya İnstitutu kadrlarını elektron xəritə tərtib etməyə imkan verən “ArcGIS” proqramının mənimsənilməsinə cəlb edib


"Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu "ArcGIS" elektron xəritəçəkmə proqramının istifadə qaydalarını mənimsəyərsə, Azərbaycan ərazilərinin tektonikasına dair mövcud məlumatları rəqəmsallaşdırmaq və elektron xəritə şəklində cəmləşdirmək mümkün olar".

Bu sözləri Geologiya İnstitutunun Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Tələt Kəngərli deyib.

Geologiya İnstitutunun mətbuat xidmətinin rəhbəri Səid Hüseynov "İCTnews" elektron xəbər xidmətinə bildirib ki, sözügedən proqramın öyrənilməsi üçün artıq institut tərəfindən işlərə başlanılıb: "Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu gənc elmi kadrların peşəkarlığının artırılması istiqamətində işlərini davam etdirir.

Belə ki, institutun gənc elmi işçisi Fuad Əliyev Rusiyanın coğrafi informasiya sistemləri üzrə "ESRI CIS" şirkətinə ezam olunub. O, Moskvada yerləşən qurumda "ArcGIS" elektron xəritəçəkmə proqramının tektonika və regional geologiyaya aid xüsusiyyətlərini öyrənir.

Bu proqram vasitəsi ilə geologiya, geofizika, ekologiya, şəhərsalma və digər sahələrdə istənilən  məlumatları vahid bazada cəmləşdirmək, analiz və təsvirini qurmaq, nəticədə isə elektron xəritə tərtib etmək mümkündür".

S.Hüseynovun sözlərinə görə, birhəftəlik kurs F.Əliyevə Geologiya İnstitutunun öz vəsaiti hesabına keçilir: "Bu, elmi müəssisənin gənc kadrların inkişafı istiqamətində növbəti addımıdır".
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL