waplog

Kabel televiziyalarının xidmətlərini müqayisə etmək imkanı yaradılıb


"Yoxla.az" elektron resursunda genişzolaqlı, simsiz və mobil internet ilə yanaşı, artıq rəqəmli və kabel televiziya xidmətlərini də yoxlamaq imkanı yaradılıb. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, hal-hazırda Azərbaycanda fəaliyyət göstərən "AiləTV", "KATV1", "B&BTV" və "ConnectTV"  provayderlərinin təqdim etdiyi 30-a yaxın paketi və yüzlərlə kanalı müqayisə edə bilmək mümkündü

Bununla yanaşı,  saytda paketin qiyməti və paketə daxil olanlar haqda ətraflı məlumatlar da yerləşdirilib.
Xatırladaq ki, "Yoxla.az" Azərbaycanda bir sıra xidmət və məhsulların yoxlanılmasını və müqayisəsini istehlakçılar üçün asanlaşdırmaq məqsədilə yaradılıb. Tezliklə digər xidmətlərin də əlavə edilməsi nəzərdə tutulur.




CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL