waplog

“WWDC” konfransı iyunun 11-də işinə başlayacaq


"Apple" şirkətinin təşkil etdiyi tərtibatçıların illik ümumdünya konfransı (Worldwide Developers Conference, WWDC) bu il iyunun 11-dən 15-dək San-Fransiskonun "Moskone West" kompleksində keçiriləcək. Qiyməti 1599 dollar təşkil edən konfrans biletlərini "Apple"-ın saytından əldə etmək mümkündür. Qeyd edək ki, ötən il bütün biletlər 12 saatdan da az vaxt ərzində alınıb qurtarmışdı.

"İCTnews.az" elektron xəbər xidməti bildirir ki, "WWDC" çərçivəsində tərtibatçılar üçün "Apple" mühəndislərinin iştirak etdiyi sessiya və seminarlar keçirilir. Konfrans adətən şirkət rəhbərinin çıxışı ilə start götürür.

"WWDC"-in proqramını şərh edən "Apple"-ın marketinq üzrə vitse-prezidenti Filip Şiller bildirib ki, şirkət "səbirsizliklə "iOS" və "OS X Mountain Lion" ilə bağlı fikirlərini bölüşməyi gözləyir".
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL