waplog

Texnologiyalar dünyasını dəyişdirmiş 10 insan


Bu gün, aprelin 26-da qeyd edilən beynəlxalq əqli mülkiyyət günü 2012-ci ildə yenilikçi şəxslərə, bütün bəşəriyyət üçün yeni üfüqlər açmış şəxslərə həsr edilib.
Bununla əlaqədar texnologiyalar dünyasını dəyişdirmiş 10 insan haqqında məlumat veriləcək.
 
Stiv Cobs

Hərçənd ki Stiv Cobs İT dünyasının bir çox sferalarına təsir göstərib, lakin bu gün o, daha çox mobil qurğular sənayesini kökündən dəyişmiş insan kimi tanınır. “iPhone” bir neçə il ərzində ən populyar smartfon oldu.

“iPhone” smartfonundan 3 il sonra istehsal edilmiş “iPad” planşet kompyuteri böyük uğur qazandı.
Mobil əlavələrin qazandığı uğuru bu yaxınlarda imzalanmış saziş də təsdiq edir: “Facebook” sosial şəbəkəsi yalnız smartfonlarda işləyən “Instagram” mobil xidmətini satın almaq üçün 1  milyard dollarından keçdi.
 
Martin Kuper 
 
“Motorola” şirkətində çalışan Martin Kuper ilk mobil telefonun yaradıcısı  sayılır. 1973-cü ilin aprel ayında ilk simsiz zəng həyata keçirən Martin Kuperin birinci mobil telefonunun çəkisi 1 kiloqram olub, akkumulyatoru isə cəmi 20 dəqiqə danışıq üçün kifayət edib.

Hazırda mobil telefonlar vasitəsilə yalnız danışmaq deyil, həm də videozənglər etmək, sosial şəbəkələrdə əlaqə saxlamaq və s. mümkündür.
 
Bill Qeyts
 
Bill Qeyts – İT dünyasının ən məşhur nümayəndələrindən biridir. Nəzərə alsaq ki, o, uzun illər ardıcıl olaraq planetin ən zəngin insanı adına layiq görülüb, o zaman burda təəccüblü heç nə yoxdur.
O, proqram nəhəngi olan “Microsoft” korporasiyasının həmtəsisçisidir.
 
Robert Noys 
 
“İntel” korporasiyasının həmtəsisçisi olan Robert Noys təxminən 40 il bundan əvvəl dünyaya “İntel 4004” mikroprosessorunu bəxş etmiş mühəndislər qrupuna rəhbərlik edib.

Məlumat üçün bildirim ki, “İntel 4004” mikroprosessoru “Busicom” kalkulyatorlarının istehsalçısının sifarişi üzrə hazırlanıb və “İntel” korporasiyası sonradan bu inqilabi məhsul üzərində lisenziya hüququ əldə edib.
 
Vinton Serf

Ümumdünya şəbəkəsinin yaradılması insanların informasiya mübadiləsi və  axtarış imkanları, həmçinin əlaqə üsulları haqqında təsəvvürlərini alt-üst etdi. Vinton Serf haqlı olaraq "internetin ataları”ndan biri hesab edilir. O, 1970-ci illərdə Robert Kanla birgə ilk əvvəl “ARPANET” şəbəkəsi üzərində çalışmış, daha sonra “TCP/IP” protokolunun spesifikasiyalarını yaradıb. Məlumat üçün bildirim ki, “ARPANET” şəbəkəsi 1983-cü ildən İnternet adlanmağa başlayıb.

Vinton Serf öz “körpə”sini inkişaf etdirdi və sonralar “ICANN” korporasiyasının yaradılmasında mühüm rol oynadı. 2005-ci ildə “Google”-un vitse-prezidentu olub.

Mark Sukerberq
 
Artıq məlumdur ki, insanların bir-birləri ilə əlaqə saxlamaları üçün texnologiyanı Vinton Serf yaradıb. Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”un banisi Mark Sukerberq isə bu əlaqəni tamamilə yeni səviyyəyə qaldırdı.

Sukerberq “Facebook” sosial şəbəkəsini 2004-cü ildə, Harvard Universitetində təhsil aldıqda yaradıb və resurs ilk əvvəl yalnız bu ali məktəbin tələbələri üçün nəzərdə tutulmuşdu. Hazırda isə sosial şəbəkə istifadəçilərinin sayı 1 milyarda çatıb.
 
Serqey Brin və Larri Peyc
 
1998-ci ildə Larri Peyc və Serqey Brin tərəfindən yaradılmış “Google” şirkəti hazırda dünyada ən böyük onlayn-axtarış sisteminə malikdir. “Google” müntəzəm yenilənmə nəticəsində lider mövqeyini əldən vermir.
Peyc və Brin bir sıra mükafatlara layiq görülüblər.

Onlar hazırda “Forbes” jurnalının tərtib etdiyi milyarderlərin dünya reytinqində 24-cü yerdə qərarlaşıblar. Hər birinin varidatı 18,7 milyard dollar təşkil edir.
 
Şon Fanninq

18 yaşlı tələbə Şon Fanninq 1999-cu ildə dünyada “Napster” adlı ilk fayl mübadiləsi yaradaraq media industriyada inqilab etdi.

Fanninq “mp3” formatında olan musiqinin yüklənməsi və köçürülməsi üçün proqramı gələcək İT biznesmeni Şon Parker ilə birgə hazırladı. “Napster” layihəsi böyük ajiotaj yaratmışdı; şəbəkənin auditoriyası bir neçə gün ərzində 15 min istifadəçiyə qədər artdı. Nəticədə Şon Fanninq universiteti tərk etdi və tamamilə layihəsi ilə məşğul olmağa başladı.

Lakin 2001-ci ildə Şon Fanninq müəllif hüququnun pozulması haqqında verilmiş iddialara görə “Napster” layihəsini bağlamalı oldu.
 
Cimmi Uels
 
Məktəblilər, tələbələr və hər şeylə maraqlanan insanlar müasir dünyanı pulsuz onlayn ensiklopediya olan “Wikipedia”-sız təsəvvür edə bilməzlər. “Wikipedia”-nın həmtəsisçisi Cimmi Uelsdir.
Məlumat üçün bildirim ki, resurs 2001-ci yaradılıb.
 
Riçard Stallman
 
Riçard Stallman qeyri-adi fikirləri ilə məşhurdur. Məhz o, Stiv Cobsun ölümünə sevinən yeganə İT ulduz idi.
Stallman azad proqram təminatının fəalıdır.
 
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL