waplog

“Samsung” şirkəti dünyada ən nazik “DVD” qurğu istehsal edib


“Samsung Electronics” şirkəti hündürlüyü 14 mm olan “SE-218BB” adlı xarici “DVD” qurğu təqdim edib. İstehsalçı iddia edir ki, “SE-218BB”  dünyada ən nazik “DVD” qurğudur.

“İCTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “SE-218BB” qurğusu “Smart Power” texnologiyası ilə təchiz edilib. Bu texnologiya sayəsində eyni anda məlumatların ötürülməsi və enerji “qidalanması” üçün 1 ədəd “USB” kabelindən istifadə etmək mümkündür.

Qurğunu “USB” birləşdirici ilə təchiz edilmiş “Android” planşetə qoşmaq və “DVD” diskdən filmlərə baxmaq olar. Bunun üçün planşetin “Android 3.1 Honeycomb” və ya daha yeni versiya ilə işləməsi şərtdir.
 “Samsung” şirkətinin nümayəndələri bildiriblər ki, qurğu ekoloji standartlara uyğun olaraq hazırlanıb.
Qurğunun qiyməti 60 dollardır.
 





EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL